Tikinti Hüququ

Yerli və beynəlxalq tikinti layihələri üzrə hüquqi məsləhət və kompleks hüquqi dəstək: FIDIC əsaslı müqavilələrin hazırlanması və hüquqi ekspertizası, beynəlxalq layihə razılaşmaları, müqavilə risklərinin qiymətləndirilməsi, iddiaların hazırlanması və idarə edilməsi, habelə mübahisələrin həlli.

Tikinti layihələri çoxsaylı tərəfləri, uzunmüddətli müqavilə öhdəliklərini və əhəmiyyətli maliyyə risklərini əhatə edir. Layihənin bütün mərhələlərində sifarişçilərə, podratçılara və subpodratçılara hüquqi məsləhət və dəstək göstəririk.

Xidmətlərimiz

  • FIDIC əsaslı (Qırmızı, Sarı, Gümüşü kitablar) müqavilələrin hazırlanması və hüquqi ekspertizası
  • Podrat və subpodrat müqavilələrinin, o cümlədən Xüsusi Şərtlərin hazırlanması və hüquqi ekspertizası
  • Müqavilə risklərinin qiymətləndirilməsi və tərəflər arasında bölüşdürülməsi
  • Gecikmələr, əlavə xərclər və dəyişikliklərlə bağlı tələblərin hazırlanması və idarə edilməsi
  • Mübahisələrin danışıqlar, arbitraj və məhkəmə yolu ilə həlli
  • Beynəlxalq tikinti layihələri və transsərhəd razılaşmalar

Yanaşmamız

Hüquqi yanaşmamızı layihənin praktiki icra xüsusiyyətlərinə uyğun formalaşdırır, müqavilə şərtlərinin texniki və kommersiya baxımından təsirlərini nəzərə alırıq. Eyni zamanda, müqavilə üzrə tələblərin müəyyən edilmiş müddətlərdə və müvafiq prosedurlara uyğun qaydada irəli sürülməsinə dəstək göstəririk.

Konsultasiyaya hazırlıq

Əlinizdə olan sənədləri müraciətinizə əlavə etsəniz, hüquqşünasımız görüşə qədər onlarla tanış olacaq:

  • Tikinti müqaviləsi (FIDIC əsaslıdırsa, Ümumi və Xüsusi şərtlər) və onun əlavələri
  • Layihə sənədləri, iş qrafiki və smeta
  • Dəyişiklik sifarişləri, mühəndisin göstərişləri və tərəflərin bildirişləri
  • Görülmüş işlərin aktları, ödəniş sertifikatları və hesab-fakturalar
  • Gecikmə, əlavə xərc və ya qüsurlarla bağlı yazışmalar və iddialar
  • Tikinti icazəsi və digər icazə sənədləri (varsa)

Sənədlərin hamısı olmasa da müraciət edə bilərsiniz. Çatışmayanları birlikdə müəyyən edərik.

Tez-tez verilən suallar

Podratçı gecikmə və əlavə xərclər üçün iddia qaldıra bilərmi?

Bəli, müqavilə şərtlərinin yol verdiyi hallarda. Bununla belə, FIDIC müqavilələri tələblərlə bağlı bildirişlərin müəyyən edilmiş müddətlərdə təqdim olunmasını tələb edir. Bu müddətlərə riayət edilməməsi isə müvafiq tələbi irəli sürmək hüququnun itirilməsinə səbəb ola bilər.

Tikinti mübahisələri necə həll olunur?

Müqavilələrdə, bir qayda olaraq, yarana biləcək mübahisələrin ilkin olaraq danışıqlar yolu ilə, nəticə əldə edilmədikdə isə arbitraj və ya məhkəmə qaydasında həlli nəzərdə tutulur. Mübahisənin xarakterini, müqavilə şərtlərini və layihənin konkret xüsusiyyətlərini nəzərə alaraq, hüquqların müdafiəsi üçün ən səmərəli hüquqi mexanizmin seçilməsinə kömək edirik.

Bu sahə üzrə hüquqşünaslarımız

Cabir Əliyev

Cabir Əliyev

Təsisçi və İdarəedici Tərəfdaş

Probleminizi bizə yazın, mövcud sənədləri əlavə edin və sizə uyğun konsultasiya müddətini seçin. Müraciətinizi bir iş günü ərzində təsdiqləyirik. Görüşə qədər hüquqşünasımız işinizlə tanış olur və ilkin konsultasiyada sizə işin perspektivini və atılmalı addımları izah edir. +994 55 566 68 05