Fəaliyyət Sahələri

Fiziki və hüquqi şəxslərə göstərdiyimiz hüquqi xidmətlərin əsas istiqamətləri.

Fəaliyyət Sahələrimiz

Korporativ Hüquq və M&A

Şirkətlərin təsis edilməsi və yenidən təşkili, korporativ idarəetmə, birləşmə və satınalma əməliyyatları (M&A), hüquqi yoxlama (legal due diligence), habelə yerli və beynəlxalq korporativ əməliyyatlar üzrə hüquqi məsləhət və dəstək.

Ətraflı →
Öhdəliklər Hüququ

Müqavilə və əqdlərin hazırlanması və hüquqi ekspertizası, həmçinin yerli və xarici elementli müqavilələr üzrə hüquqi dəstək, müqavilə pozuntuları, zərərin əvəzinin ödənilməsi tələbləri, habelə delikt və digər müqavilədənkənar öhdəliklər üzrə hüquqi məsləhət və hüquqi dəstək.

Ətraflı →
Tikinti Hüququ

Yerli və beynəlxalq tikinti layihələri üzrə hüquqi məsləhət və kompleks hüquqi dəstək: FIDIC əsaslı müqavilələrin hazırlanması və hüquqi ekspertizası, beynəlxalq layihə razılaşmaları, müqavilə risklərinin qiymətləndirilməsi, iddiaların hazırlanması və idarə edilməsi, habelə mübahisələrin həlli.

Ətraflı →
Fərdi məlumatların Qorunması və Məxfilik

Azərbaycanın və Avropa İttifaqının (Aİ) fərdi məlumatların qorunması qanunvericiliyi üzrə hüquqi dəstək. Aİ-də fəaliyyət göstərən, Aİ-dəki şəxslərə xidmət və ya məhsul təklif edən, eləcə də Aİ tərəfdaşları ilə əməkdaşlıq edən biznes subyektləri üçün GDPR tələblərinə uyğunluğun təmin edilməsi, məxfilik siyasətlərinin və digər hüquqi sənədlərin hazırlanması, habelə transsərhəd məlumat ötürülməsinin hüquqi tənzimlənməsi.

Ətraflı →
Əqli Mülkiyyət Hüququ

Əmtəə nişanlarının qeydiyyatı, əqli mülkiyyət hüquqlarının qorunması və lisenziyalaşdırılması, habelə əmtəə nişanları, müəlliflik hüququ və əlaqəli hüquqlar, lisenziya müqavilələri, hüquq pozuntuları və icazəsiz istifadə ilə bağlı mübahisələrin həlli üzrə hüquqi dəstək.

Ətraflı →
Dövlət Satınalmaları Hüququ

Dövlət satınalmalarında iştirak edən tərəflərə hüquqi dəstək: tender sənədlərinin təhlili və təkliflərin hazırlanması, satınalma prosedurlarına uyğunluq, dövlət satınalması müqavilələri, habelə satınalma qərarlarından inzibati şikayətlər və mübahisələr.

Ətraflı →

İşiniz barədə qısa məlumat verin, sizinlə əlaqə saxlayaq.

Cabir Əliyev

Cabir Əliyev

Təsisçi və İdarəedici Tərəfdaş

Probleminizi bizə yazın, mövcud sənədləri əlavə edin və sizə uyğun konsultasiya müddətini seçin. Müraciətinizi bir iş günü ərzində təsdiqləyirik. Görüşə qədər hüquqşünasımız işinizlə tanış olur və ilkin konsultasiyada sizə işin perspektivini və atılmalı addımları izah edir. +994 55 566 68 05