- Ünvan: Bakı şəhəri. Səməd Vurğun 58a
- E-poçt: me@cabiraliyev.com
Dövlət satınalmaları ciddi formal tələblərə tabedir: kiçik bir xəta təklifin rədd edilməsinə səbəb ola və ya müqavilənin bağlanılmasını əngəlləyə bilər. Şirkətlərə satınalma prosesinin bütün mərhələlərində — təklifin hazırlanmasından müqavilənin icrasına qədər — hüquqi dəstək göstəririk.
Dövlət satınalmalarında vaxt həlledici rol oynayır, şikayət imkanları isə qısa müddətlərlə məhdudlaşır. Buna görə sənədləri əvvəlcədən yoxlayır, riskləri təklif təqdim edilməzdən öncə müəyyən edir və lazım olduqda operativ hərəkət edirik. Tikinti layihələri üzrə praktiki təcrübəmiz xüsusilə tikinti və infrastruktur satınalmalarında müştərilərimizə əlavə üstünlük verir.
Əlinizdə olan sənədləri müraciətinizə əlavə etsəniz, hüquqşünasımız görüşə qədər onlarla tanış olacaq:
Sənədlərin hamısı olmasa da müraciət edə bilərsiniz. Çatışmayanları birlikdə müəyyən edərik.
“Dövlət satınalmaları haqqında” Qanun açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma üsullarını nəzərdə tutur. Hansı üsulun tətbiq olunacağı satınalmanın dəyərindən və xarakterindən asılıdır.
Bəli. Qanunla müəyyən edilmiş istisnalar (məsələn, dövlət sirri ilə bağlı satınalmalar) nəzərə alınmaqla, dövlət satınalmaları dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilir.
Bəli. İddiaçılar satınalma komissiyasının qərar və hərəkətlərindən qanunla müəyyən edilmiş qaydada və müddətlərdə şikayət edə bilərlər. Müddətlər qısa olduğundan, mübahisəli qərarı aldıqdan dərhal sonra hüquqi məsləhət almağı tövsiyə edirik.
Təsisçi və İdarəedici Tərəfdaş