- Ünvan: Bakı şəhəri. Səməd Vurğun 58a
- E-poçt: me@cabiraliyev.com
İllik təcrübə
Şirkətimiz müxtəlif hüquq sahələrindəki təcrübəni vahid və praktik yanaşmada birləşdirir. Bizim üçün hüquqi məsləhət yalnız hüquqi rəy verməkdən ibarət deyil — bu, müştərilərimizin ehtiyaclarını anlamağı, mümkün hüquqi riskləri müəyyən etməyi və mürəkkəb məsələləri aydın və anlaşılan şəkildə izah etməyi də əhatə edir. Hüquqi biliklərimizi müştərilərimizin məqsədlərini və fəaliyyət xüsusiyyətlərini nəzərə almaqla tətbiq edir, onların maraqlarını qorumağa və qarşıya qoyduqları hədəflərə çatmağa kömək edən real və praktiki həllər təklif edirik. Məqsədimiz hər mərhələdə aydın hüquqi istiqamət göstərmək və müştərilərimizin daha inamlı və əsaslandırılmış qərarlar qəbul etməsinə dəstək olmaqdır.
Təsisçi və İdarəedici Partnyor
İşinizlə birbaşa səlahiyyətli vəkil məşğul olur. Bu yanaşma hüquqi problemlərin daha dəqiq anlaşılmasına, operativ kommunikasiyaya və peşəkar hüquqi dəstəyə imkan verir.
Tikinti və digər kommersiya layihələrində praktiki təcrübəmiz müqavilələr üzrə verdiyimiz hüquqi məsləhətlərin müştərilərin biznes maraqlarına və layihələrin icra proseslərinə uyğun olmasını təmin edir.
Hüquqi məsləhət və zəruri sənədləşməni Azərbaycan dili ilə yanaşı türk və ingilis dillərində çevik və peşəkar səviyyədə təqdim edirik — tərcümə üçün əlavə vaxt və xərc tələbi olmadan.
Fərdi məlumatların qorunması ilə əlaqədar həm Azərbaycan Respublikasının, həm də Avropa İttifaqının (GDPR) müvafiq qanunvericilik tələblərinə uyğun olaraq zəruri olan tədbirlər barədə ətraflı hüquqi dəstək göstəririk.
Komandamızın hüquqi qeydləri və son yazıları.
Ali Məhkəmə başlanğıcdakı icra mümkünsüzlüyünü əqdin etibarsızlıq əsası kimi qəbul edərkən Mülki Məcəllə ilə uzlaşmayan Türk hüququ yanaşmasına əsaslanıb. Bu yanaşma nə …
ƏtraflıFərdi şikayət üzrə səlahiyyətləri qanunla məhdudlaşdırıldıqdan sonra Konstitusiya Məhkəməsi bu məhdudiyyəti necə yan keçir və bu yanaşma hansı riskləri yaradır?
ƏtraflıTəsisçi və İdarəedici Tərəfdaş