2023-cü ilin sonuncu qərarı… Qərarın sərlövhəsi belə bildiyimiz fərdi şikayət qərarlarından fərqlidir. Çünki, Konstitusiya Məhkəməsi (KM) fərdi şikayət yoluyla konstitusiya nəzarəti sahəsində qanunla səlahiyyətləri məhdudlaşdırılandan sonra fərdi şikayət işlərinə necə baxacağına ilk dəfə bu qərarda münasibət bildirib. Başqa sözlə, bu qərar KM -nin səlahiyyətlərinin “budanması”na verdiyi ilk reaksiya, fərdi şikayət yoluyla abstrakt norma nəzarəti həyata keçirdiyi ilk qərardır.

Qərar iki baxımdan əhəmiyyətlidir. Dolayısıyla qərarı iki istiqamətdə analiz etmək mümkündür: (1) Birincisi bu qərar ona görə əhəmiyyətlidir ki, KM 1998-ci ildən bu tərəfə ilk dəfə bu qərarda açıq mətnlə sadəcə tekstin yox, həm də kontekstin konstitusiyaya zidd ola biləcəyini və ziddiyyəti də konstitusiya nəzarəti qaydasında təftiş etməyə səlahiyyəti olduğunu vurğulayıb. Həmçinin Konstitiya Məhkəməsi haqqında Qanunla (KM haqqında Qanun) fərdi şikayət üçün əsasların dairəsi məhdudlaşdırılandan sonra KM bu qərarla məhdudlaşdırmanı necə “bypass” edəcəyinin siqnallarını verib. (2) İkincisi isə bu qərar həm də KM-nin belə “aktivizm”inin hüquq dövləti baxımından necə problemli nəticələrinin ola biləcəyi baxımından da qiymətləndirilməyə dəyər bir qərardır.

Yazının tam mətnini Medium-da oxuyun →

Cabir Əliyevin digər yazıları: medium.com/@cabiraliyev